Azərbaycan komandası Çempionlar Liqası ilə vidalaşdı

15 Sentyabr 03:10 Basketbol 489
Azərbaycan komandası Çempionlar Liqası ilə vidalaşdı

Azərbaycanın "LANDAU Lions" basketbol komandası avrokuboklarda mübarizəyə start verib.

Sportinfo.az"xəbər verir ki, komanda FIBA Çempionlar Liqasının II təsnifat mərhələsində Latviyanın "VEF Riqa" kollektivi ilə üz-üzə gəlib

Bolqarıstanın Samokov şəhərində təşkil olunan qarşılaşma rəqibin qələbəsi ilə bitib - 105:88.

Çempionlar Liqası ilə vidalaşan "LANDAU Lions" yoluna Avropa Kubokunun G qrupunda davam edəcək.

Azərbaycanın digər təmsilçisi "Sabah" FIBA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti