“Makkabi” Rüfətin komandasına 4 qol vurdu

08:30 Bizimkilər 126
“Makkabi” Rüfətin komandasına 4 qol vurdu

İsrail çempionatında 4-cü turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin vingeri Rüfət Abdullazadənin formasını geyindiyi “Kiryat Şimona” öz meydanında Hayfa “Makkabi”sini qəbul edib.

Qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb.

Rüfət Abdullazadə matça start heyətində başlayıb və 69-cu dəqiqədə Nadav Markoviçlə əvəzlənib.

Bu nəticədən sonra Rüfətin komandası turnir cədvəlində 3 xalla 11-ci pillədə qərarlaşıb.

“Kiryat Şimona” - “Makkabi” (Hayfa) 0:4
Qollar:
Azoulay, 40, Brazao, 56, Sztejfman, 66, Sunami, 86
Qırmızı vərəqə: Benbenişti, 28 (“Kiryat Şimona”)

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"