Avropa karyerasını başa vurdu, "Turan”la anlaşdı, AÇIQLAMA VERDİ

07:50 Voleybol 159
Avropa karyerasını başa vurdu, "Turan”la anlaşdı, AÇIQLAMA VERDİ

"Turan" voleybol komandasının məqsədi ildən-ilə ən yüksək səviyyəyə qalxmaqdır.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a açıqlamasında bölgə təmsilçisinə keçən Azərbaycan millisinin üzvü Yelizaveta Ruban bildirib.

O, ölkə çempionuna transferi ilə bağlı fikirlərini bölüşüb:

"Komandaya qoşulduğum üçün çox şadam. Yenidən Bakıda, evdə oynamaq çox xoşdur. Komandada məni çox isti və qonaqpərvər qarşıladılar.

Təəssüratlarım yalnız ən müsbət istiqamətdədir. Məqsədimiz ildən-ilə yalnız ən yüksək səviyyəyə qalxmaqdır.

Əlbəttə, əsas məqsəd çempion olmaq, Çempionlar Liqasında mümkün qədər irəli getmək və qrup mərhələsinə vəsiqə qazanmaqdır".

Y.Ruban "Turan"ın CEV Çempionlar Liqasındakı hədəflərindən də söz açıb:

"Son illərdə Avropa arenasında çıxış etdiyim üçün ilk matçla bağlı mənim üçün hər hansı problem və ya qeyri-müəyyənlik yoxdur.

Əlbəttə, belə gənc klub üçün yaradıldıqdan dərhal sonra yüksək səviyyədə mübarizə aparmaq həmişə həyəcanvericidir.

Mən də öz tərəfimdən komandaya maksimum kömək etmək və ilk matçın yaxşı keçməsinə töhfə vermək istəyirəm".

"Turan" CEV Çempionlar Liqasının II təsnifat mərhələsində Xorvatiya təmsilçisi "Mladost" (Zaqreb) ilə görüşəcək. İlk qarşılaşma oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində keçiriləcək. Görüş saat 19:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"