Vüsal Kosovoda 4-cü qoluna imza atdı

15 Sentyabr 09:20 Bizimkilər 621
Vüsal Kosovoda 4-cü qoluna imza atdı

Kosovoda Superliqanın 6-cı turu başa çatıb.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı hücumçu Vüsal İskəndərlinin çıxış etdiyi “Malishevo” səfərdə “Lapi” ilə qarşılaşıb.

Görüş qonaqların 4:0 hesablı darmadağın qələbəsi ilə başa çatıb.

Start heyətində meydana çıxan İskəndərli 41-ci dəqiqədə komandasının bu oyundakı ilk qolunu vurub. Bu qol 30 yaşlı futbolçunun cari mövsümdə Superliqada 4-cü qolu olub.

Hazırda “Malishevo” 13 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti