Azərbaycanı Sofiyadakı Avropa çempionatında təmsil edəcəklər - SİYAHI

04:10 Boks 45
Azərbaycanı Sofiyadakı Avropa çempionatında təmsil edəcəklər - SİYAHI

Avqustun 17-də Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə Avropa çempionatı start götürəcək.

Sportinfo.az Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, 9 gün davam edəcək reytinq xarakterli yarışda Azərbaycan millisi də gücünü yoxlayacaq.

Yığmamız kişi boksçuların mübarizəsində tam heyətlə çıxış edəcək.

Baş məşqçi Ravşan Xocayev, məşqçilər Nəriman Abdullayev, Etibar Abdullayev və Mehman Quliyev çempionatda Sübhan Mamedov (50 kq), Amin Məmmədzadə (55 kq), Məhəmmədəli Aşırəliyev (60 kq), Malik Həsənov (65 kq), Nəbi İsgəndərov (70 kq), Səidcəmşid Cəfərov (75 kq), Murad Allahverdiyev (80 kq), Seyid Seyidov (85 kq), Rauf Rəhimov (90 kq) və Məhəmməd Abdullayevə (+90 kq) şans verəcəklər.

Qadınların yarışında məşqçi Rafiq İsmayılov Zeynəb Rəhimovanı (54 kq) sınayacaq.

Çempionatda hakim qiymətləndiricisi Anar Babanlı da iş başında olacaq.

Sofiyadakı yarışda 40 ölkədən 400-dən çox boksçunun qüvvəsini sınayacağı gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"