"Matçdan razı, nəticədən narazı qaldım"

03:50 Basketbol 61
"Matçdan razı, nəticədən narazı qaldım"

"LANDAU Lions" komandasının basketbolçuları FIBA Çempionlar Liqasının II təsnifat mərhələsində Latviyanın "VEF Riqa" kollektivi ilə matçda yaxşı mübarizə aparıblar.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan təmsilçisinin baş məqşçisi Erhan Toker sözügedən oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, məğlub olduqları qarşılaşma barədə danışıb:

"İlk iki dövrəni daha yaxşı çıxış etdik. İkinci yarıda bir qədər oyundan qopduq. Təbii ki, bu bizim hazır olmamağımızdan da qaynaqlana bilər. Bu, sadəcə ikinci oyunumuz idi. Hələ də komandada rollar bəlli deyil. Mənnun olduğum və razı qalmadığım tərəflər var. Müdafiədə daha sərt oynamalı idik. Yekunda matçdan razı, amma nəticədən narazı qaldım. Bizim üçün faydalı oyun oldu. Basketbolçularımız yaxşı mübarizə apardılar. FIBA Avropa Liqasına hazırlaşacağıq".

"VEF Riqa" komandasına 88:105 hesabı ilə uduzan "LANDAU Lions" mübarizəni Avropa Kubokunun G qrupunda davam edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"