Klubun yeni tərəfdaşı Kəmaləddin Heydərovun ailə üzvlərinə aiddir?

16 Yanvar 2022 10:40 Qəbələ 938
Klubun yeni tərəfdaşı Kəmaləddin Heydərovun ailə üzvlərinə aiddir?

“Qəbələ” İdman Klubu ilə “West Hospital” klinikası arasında tibbi tərəfdaşlıq müqaviləsi imzalanıb.

Tərəflər arasında əməkdaşlıq razılaşması 1,5 illik nəzərdə tutulub.

Müqaviləyə əsasən, “West Hospital”ın loqosu “Qəbələ”nin əsas komandasının formasının qolunda əks olunacaq. Klubun stadionunda və mətbuat konfransı zalında da loqo yer alacaq.

“Qəbələ“ buna kimi əsasən baş sponsoru - “Gilan Holdinq“ə daxil olan şirkətlərlə əməkdaşlıq edib.

İndi isə sosial şəbəkələrdə belə xəbərlər yayılıb ki, adıçəkilən klinikanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə aidiyyatı var.

Məlumatı dəqiqləşdirməyə çalışdıq və məlum olduq ki, deyilənlər həqiqəti əks etdirmir.

Bu da bilindi ki, “Qəbələ“ yeni tərəfdaşdan böyük pul qazanmayıb. Tibb müəssisəsi klubda çalışanları və futbolçuları pulsuz müayinə və reablitasiya edəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM