"Qəbələ"nin əcnəbisinə çarə tapılmır, indi də...

26 Oktyabr 2021 22:20 Qəbələ 750
"Qəbələ"nin əcnəbisinə çarə tapılmır, indi də...

"Qəbələ"nin üzvü Yaovi Akakponun "əməliyyat düyünü" davam edir.

Ayyarım əvvəl zədələnən legioner futbolçu bir müddət əvvəl Ukraynada əməliyyat olunmalıyıdı.

Amma vizasında çıxan problem əcnəbi futbolçunun adıçəkilən ölkəyə getməsinə mane oldu.

Sonra bölgə klubunun rəsmiləri başqa variantlar haqqında düşünməyə başladı. Türkiyə variantı daha real görünürdü.

İndi isə tam başqa durum yaranıb. Akakpo Bakıda əməliyyat oluna bilər.

Belə ki, əcnəbi oyunçunu Ukraynada əməliyyat etməli olan həkim ölkəmizə seminara gəlməlidir. "Qəbələ" rəhbərliyi bu səfəri fürsət bilib, toqolunun əməliyyatının Bakıda baş tutmasına çalışır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti