“Qəbələ” hamıya maraqlı gələn transferi bəyan etdi

19 İyul 2021 18:00 Qəbələ 1 220
“Qəbələ” hamıya maraqlı gələn transferi bəyan etdi

2021-2022-ci illər mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” heyətinə yeni legioner qatıb.

Klubun rəsmi saytı Sportinfo.az-ın yaydığı xəbəri rəsmən açıqlayıb.

Əyalət təmsilçisi kamerunlu qapıçı Kristof Atanqana-Assimba ilə 2 illik müqavilə imzalayıb. Bu, "qırmızı-qaralar"ın yay fasiləsində ilk legioner transferidir.

İspaniya vətəndaşlığı da olan 21 yaşlı kamerunlu qolkiper peşəkar karyerasını bu ölkənin klublarında keçirib. Kristof Bilbao “Atletik”i, “Baskoniya”, “Leyoa”, “Somorrostro”, “Arenas de Qetxo” klublarının formasını geyinib.

“Qəbələ” Atanqana-Assimbaya qədər Urfan Abbasov, Məqsəd İsayev və Nicat Mehbalıyevı heyətinə qatıb.

Digər Xəbərlər
Xəbər Lenti