Bu gün Misli Premyer Liqasının 6-cı tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, son oyun gününə nəzərdə tutulan matçlar artıq başa çatıb.
Günün ilk matçında "Şamaxı" "Araz-Naxçıvan"ı qəbul edib. Görüş Şamaxı təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Digər qarşılaşmada isə "Kəpəz" evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçəyə razılaşıb.
Turun daha əvvəl baş tutan matçlarında "Neftçi" "Qəbələ"ni (3:0), "Qarabağ" "Şəfa"nı (1:0), "Turan Tovuz" "Zirə"ni (1:0), "Sabah" isə "İmişli"ni (3:1) məğlub edib.
16:30. "Şamaxı" – "Araz-Naxçıvan" 2:1
Qollar: Rikardo Apolinario 27-pen, 36-pen // Ağadadaş Salyanskiy 32
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Zöhrab Abbasov, Elvin Bayramov.
VAR: Emin Əliyev.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Şamaxı şəhər stadionu
"Şamaxı": 1. Rikardo Fernandes (k) 80. Həbib İsmayılov 5. Emin Rüstəmov 97. Oruc Məmmədov 10. Edqar Adilxanov 25. Filipe Markes 13. Rikardo Apolinario 9. Tornike Axvlediani 3. Jota 4. Rui Paşeko 52. Abdul Raşid Mumini
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 96. Nicat Qaragözlü 14. Uğur Cahangirov 2. Fariz Xeyrullayev 7. Emil Süleymanov 77. Okan Təhməzli 88. Hacıəli Şirəliyev 17. Sənan Muradlı 66. Ceyhun Bağırzadə 8. Teşaqer Dequ 19. Abdullahi Şuaybu
Baş məşqçi: Azər Bağırov
"Araz-Naxçıvan": 99. Tərlan Əhmədli 7. Rövlan Muradov 26. Ömər Buludov 2. Abdulla Rzayev 9. Ağadadaş Salyanskiy 27. Boyan Letiç 6. Patrik Andrade (k) 11. Mohamed Mara 36. Mamadu Kane 5. Luka Dumançiç 23. Alberto Fernandes
Ehtiyat oyunçular: 1. Artur Auqusto 14. Ülvi İsgəndərov 29. Ceyhun Nuriyev 13. Qabil Əlizadə 8. Mustafa Əhmədzadə 22. Rəşad Həsənov 21. İbrahim Piriyev 77. Nihat Mehralıyev 12. Bruno Franko 10. Şarl Boli 19. Abdallah Sudi
Baş məşqçi: Zaur İsmayılov
19:00. "Kəpəz" – "Sumqayıt" 1:1
Qollar: Kennet Kalunqa, 87 // Mamadi Banqre, 32
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Ruslan Quliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Kərim Zeynalov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Gəncə şəhər stadionu.
"Kəpəz": 1. Rojerio Santos, 34. Ürfan Abbasov (k), 7. Namik Ələskərov, 9. Kennet Kalunqa, 21. Azuma Abubakar, 66. David Domqjoni, 11. Viktor Stina, 3. Mahamadu Ba, 14. Adama Fofana, 4. Mate Abuladze, 27. Desmond Akua.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 81. Elgün Bayramov, 10. Rəhman Hacıyev, 6. Vadim Abdullayev, 99. Əli Səmədov, 20. Rafael Məhərrəmli, 8. Şakir Seyidov, 5. Hüseyn Babayev, 17. Ümid Səmədov, 19. Fərid Kələntərov, 70. Şahnur İsmayılov, 33. Blessinq Olabiran.
Baş məşqçi: Azər Məmmədov.
"Sumqayıt": 16. Marko Yohansson, 29. Emil Mustafayev, 9. Jeam Oliveyra, 4. İsa Suliman (k), 42. Sedrik Badolo, 10. Ronaldo Vaskes, 80. Keffel Resende, 55. Lukas Blek, 11. Mamadi Banqre, 21. Tyaqo Almeyda, 5. Renan Santana.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 12. Aftandil Arixov, 7. Rüstəm, Əhmədzadə, 20. Ayxan Süleymanlı, 17. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 97. Vüsal Paşayev, 27. İmani Barker.
Baş məşqçi: Filipe Kandido.
