Ukrayna Azərbaycanda keçiriləcək DÇ və Festivalı boykot etməyə çağırdı - Ruslara görə

20 Sentyabr 23:20 Problem 199
Ukrayna Azərbaycanda keçiriləcək DÇ və Festivalı boykot etməyə çağırdı - Ruslara görə

Ukrayna Rusiyanın iştirakına etiraz olaraq Azərbaycanda keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalını boykot etməyə çağırıb.

Spotinfo.az xəbər verir ki, bu barədə Ukraynanın gənclər və idman naziri Matviy Bidnyi açıqlama verib.

Nazir digər milli futbol assosiasiyalarını da turnirdə iştirakdan imtina etməyə çağırıb. O, Rusiyanın U-15 millisinin rəsmi dövlət simvolları ilə yarışda çıxış etməsini qəbuledilməz hesab etdiyini bildirib.

Bidnyi İslandiya və Almaniyaya turnirdə iştirakdan imtina etdiklərinə görə təşəkkür edib və FIFA-nın 2022-ci ildə Rusiyanın beynəlxalq yarışlardan kənarlaşdırılması ilə bağlı qərarının bütün səviyyələrdə qüvvədə qalmalı olduğunu vurğulayıb.

FIFA U-15 Dünya Çempionatı və Festivalı oktyabrda Azərbaycanda keçiriləcək. Rusiyanın komandası qrup mərhələsində Türkiyə, Əfqanıstan, Cibuti, Syerra-Leone və Sudanla qarşılaşacaq.

Bu, Rusiya yığmasının 2022-ci ildə Ukraynaya qarşı müharibənin başlanmasından sonra FIFA-nın təşkil etdiyi yarışda faktiki olaraq ilk iştirakı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"