Qurban Qurbanov “4 gün dedi”, “Qarabağ” axtarışa başladı

18:35 Qarabağ 170
Qurban Qurbanov “4 gün dedi”, “Qarabağ” axtarışa başladı

“Şəfa”yla oyundan sonra “Qarabağ”ın futbolçuları istirahətə buraxılıb.

Baş məşqçi Qurban Qurbanov kollektivin üzvlərinə xoş xəbər verib.

Deyib ki, qarşıdakı dörd günü ailənizə və yaxınlarınıza ayırın, doyunca istirahət edin.

“Köhlən atlar”da milli komandaların matçları ilə bağlı yaranmış fasilə sentyabrın 22-nə qədərdir. Bir gün sonra məşqlər bərpa olunacaq.

“Qarabağ” bu müddətdə yoxlama görüşü keçirmək niyyətindədir. Hazırda bu yöndə axtarışlar və çalışmalar davam edir. Uyğun rəqib tapılmasa, ya ikitərəfli, ya da əvəzedici komanda ilə oyun baş tutacaq.

Maraq üçün bildirək ki, fasilə dövründə 9 futbolçu komandadan ayrı düşüb.

Bədavi Hüseynovla Musa Qurbanov Azərbaycanın əsas, Hikmət Cəbrayılzadə U-19, Əli Bəşirov U-19, Marko Yankoviç Monteneqro, Bense Varkonyi Macarıstan, Martin Zlomisliç Bosniya və Hersoqovina, Renaldo Sefas Yamayka, Bruno Lanqa Mozambik millisinə cəlb olunub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti