“Fənərbaxça” göz açmağa imkan vermədi, o, pokerə imza atdı - VİDEO

21 Sentyabr 01:30 Türkiyə 175
“Fənərbaxça” göz açmağa imkan vermədi, o, pokerə imza atdı - VİDEO

Türkiyə Super Liqasının 6-cı həftəsində “Fənərbaxça” doğma meydanda “Eyüpspor”u böyük hesabla məğlub edib.

Sportinfo.az xəbər verir ki, Kadıköydə keçirilən qarşılaşmada “sarı-göy”lər rəqibinin qapısından 8 top keçirib.

Matç “Fənərbaxça”nın 8:0 hesablı qələbəsi ilə başa çatıb.

“Fənərbaxça” 5-ci dəqiqədə hesabı açıb. Penaltini dəqiq yerinə yetirən Meyson Qrinvud komandasını önə keçirib.

7-ci dəqiqədə Vedat Muriqi fərqi iki topa çatdırıb. 21-ci dəqiqədə isə Muriqi daha bir dəfə fərqlənərək hesabı 3:0 edib.

38-ci dəqiqədə Matteo Quendouzi “Fənərbaxça”nın dördüncü qolunu vurub. İlk hissənin sonlarında İrfan Can Kahveci hesabı 5:0-a çatdırıb.

İkinci hissə də “Fənərbaxça”nın qolları ilə başlayıb. 47-ci dəqiqədə Muriqi növbəti dəfə fərqlənərək het-trik edib.

55-ci dəqiqədə isə kosovolu hücumçu künc zərbəsindən sonra başla topu qapıya göndərərək komandasının yeddinci qolunu vurub və pokerə imza atıb.

Qarşılaşmada daha bir qolun müəllifi isə Meyson Qrinvud olub.

"Fənərbaxça" - "Eyüpspor" 8:0

Qollar: M.Qrinvud, 4(pen), 80, V.Muriqi,7, 21, 47, 55, M.Qenduzi,38, İ.C. Kahveci,45+1

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq