Nə deyib, “Neftçi”dən getdi?

20 Sentyabr 23:45 Neftçi 163
Nə deyib, “Neftçi”dən getdi?

“Hər başlanğıcın bir sonu, hər yolun bir ayrılığı var”.

Bu sözlər Elvin Camalova məxsusdur.

“Neftçi”dən ayrılan 31 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında ürəyini boşaldıb.

2025-ci ilin əvvəlindən ağ-qara formanı geyinən Camalov qarşılıqlı razılıq əsasında yolunu ayırdığı klubun ünvanına tərif yağdıraraq azarkeşlərə səslənib:

“Neftçi” forması ilə keçirdiyim hər an, qazandığım təcrübələr və yaşadığım xatirələr mənim üçün hər zaman xüsusi olacaq. Bu formanı daşımaq və bu böyük klubun bir parçası olmaq mənim üçün qürur idi.

Mənə hər zaman dəstək olan, yaxşı gündə də, çətin gündə də yanımda dayanan bütün “Neftçi” azarkeşlərinə təşəkkür edirəm. Sizin sevginiz və dəstəyiniz mənim üçün hər zaman dəyərli olacaq.

Bəzən yollar ayrılır, amma hörmət və xatirələr qalır. “Neftçi” həmişə qəlbimdə olacaq.
Hər şey üçün təşəkkürlər, “Neftçi” ailəsi”.

Azərbaycan millisinin də şərəfini qorumağa imkan tapmış futbolçu son ilyarımda ağ-qara formanı 29 oyunda geyinərək 1 qol vurub, 1 qol ötürməsinin müəllifi olub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"