Gəncə stadionunda göz oxşayan görüntülər: “Haydı söylə...” - VİDEO

20 Sentyabr 22:30 Kəpəz 765
Gəncə stadionunda göz oxşayan görüntülər: “Haydı söylə...” - VİDEO

Gəncə şəhər stadionu bu mövsümdən öz qapılarını Premyer Liqanın üzünə açdı.

Üç il ərzində yenidən qurulan arena artıq «Kəpəz»in istifadəsindədir.

«Sarı-göylər» doğma məkana qayıdandan bəri çempionatın ən böyük azarkeş ordusuna yiyələnib. Komanda burada keçirdiyi bütün oyunlarda yerli publika tərəfindən dəstəklənib.

Ən azı 11 min fanat - «Kəpəz»in evdəki qarşılaşmalarında tribunalara bu qədər fanat toplaşıb.

Əsl Avropa ab-havası! Premyer Liqada avrokubok atmosferini xatırladan möhtəşəm hadisə!

Digərləri «Kəpəz»ə bu baxımdan həsəd apara bilər. Liqanın digər 5 oyununda üst-üstə heç bu qədər azarkeş toplaşmır.

Gəncəli futbolsevərlər üçün «Haydı söylə»… Onlar məşhur türkiyəli müğənni İbrahim Tatlısəsin mahnısının sədaları altında «Kəpəz»i izələməkdən zövq alırlar.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə