“Qəbələ”li Pərviz İstanbulda kiminlə döyüşəcək?

23 İyun 2021 23:40 Qəbələ 884
“Qəbələ”li Pərviz İstanbulda kiminlə döyüşəcək?

Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Pərviz Abdullayev növbəti döyüşünü keçirəcək.

Sportinfo.az xəbər verir ki, 77 kq çəki dərəcəsində çıxış edən 35 yaşlı idmançı iyunun 26-da Türkiyənin İstanbul şəhərində təşkil olunacaq “Akın döyüş arenası” turnirində qüvvəsini sınayacaq.

Abdullayev Braziliya idmançısı Gilyerme Rodriqo Ferreyra ilə üz-üzə gələcək. Qarşılaşma “Yahya Kemal Beyatlı Göstəri Mərkəzi”ndə baş tutacaq.

Bu, Abdullayevin peşəkarlar arasında 56-cı döyüşü olacaq. O, bunadək keçirdiyi 55 qarşılaşmada 49 qələbə qazanıb. Pərviz 26 dəfə rəqiblərini nokautla məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?