“Qarabağ”lı yarımmüdafiəçini 1 saatdan 1 dəqiqə dəqiqə artıq oynatdılar və qazandılar

03:00 Qarabağ 83
“Qarabağ”lı yarımmüdafiəçini 1 saatdan 1 dəqiqə dəqiqə artıq oynatdılar və qazandılar

UEFA Millətlər Liqasının qrup mərhələsində 3-cü turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, C Liqasında yarışan Monteneqro millisi səfərdə Latviyanın qonağı olub.

Matç Monteneqronun qələbəsi ilə başa çatıb.

Monteneqro yığmasına dəvət alan “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç də bu görüşün iştirakçısı olub. Meydana start heyətində çıxan Yankoviç 61-ci dəqiqədə Viktor Djukanoviçlə əvəzlənib.

Qeyd edək ki, ardıcıl üçüncü qələbəsini qazanan Monteneqro millisi 9 xalla qrupun vahid lideridir.

Latviya - Monteneqro 1:2
Qollar:
Adziç, 3 (0:1); 56 (0:2), Strods, 82 (1:2)

Digər Xəbərlər
Xəbər Lenti
2 Oktyabr 18:10 Çək və bizə göndər!