Türkiyə Super Liqasında baş hakim kimi oyunlar idarə edən Yasin Kol və köməkçisi Göktuğ Hazar Erel dünən axşam qanunsuz mərc araşdırması çərçivəsində saxlanılıblar.
Sportinfo.az xəbər verir ki, o, "Trabzonspor” – “Droheda United” yoldaşlıq oyunundan sonra saxlanılaraq ifadə verməyə aparılıb.
Yasin Kol ilk ifadəsində mərc oynadığı ilə bağlı iddianı rədd edərək, yalnız borc istəyən bir neçə tanışına pul göndərdiyini bildirib.
2008-ci ildə hakimlik fəaliyyətinə başlayan 38 yaşlı Kol 2019-cu ildə Super Liqada dördüncü hakim kimi fəaliyyətə başlayıb,
2020-2021 mövsümündən etibarən isə əsas hakim kimi çalışıb və çempionatda 78 matç idarə edib.
