"Sabah"ın prezidenti: “İspaniya ilə oynasaq belə, millimizdən qələbə gözləyəcəm”

00:50 Sabah 112
"Sabah"ın prezidenti: “İspaniya ilə oynasaq belə, millimizdən qələbə gözləyəcəm”

"Azərbaycan millisindən gözləntilər həmişə qələbədir.

Başqa gözlənti ola bilməz.

Fərqi yoxdur, biz İspaniya ilə də oynasaq, gözləyəcəm ki, bir möcüzə olacaq və biz İspaniyaya qalib gələcəyik”.

Sportinfo.az xəbər verir ki, bu sözləri teleqraf-a açıqlamasında “Sabah”ın prezidenti Maqsud Adıgözəlov deyib.

Klub rəhbəri UEFA Millətlər Liqasının qrup mərhələsində çıxış edən yığmamızla bağlı fikirlərini bölüşüb:

“Komandamızda əksəriyyət yığmanın heyətindədir. Düzdür, bu futboldur, nə olacağını heç kim bilmir.

Amma yığma Litva ilə ilk oyunda göstərdi ki, əsas rəqibimiz məncə, məhz Litva olacaq. Futbolçularımız yaxşı oynayırlar.

Qol epizodlarımız, imkanlarımız var idi. Təəssüf ki, bunlardan lazımınca istifadə edə bilmədik.

Amma mənə elə gəlir ki, qrupu birinci yerdə başa vuracağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
2 Oktyabr 18:10 Çək və bizə göndər!