Milli komandaların oyunları ilə bağlı yaranmış fasilədən istifadə edən "Kəpəz" yoxlama oyununda qüvvəsini sınayıb.
Sportinfo.az xəbər verir ki, Gəncə təmsilçisi Azərbaycanın U-19 millisi ilə üz-üzə gəlib.
Gəncə şəhər stadionunun ehtiyat meydançasında keçirilən qarşılaşma 2:2 hesablı bərabərliklə yekunlaşıb.
"Kəpəz"in qollarını Turqut Mustafazadə və Şakir Seyidov vurub.
