“Lənkəran” 2026/2027-ci illər mövsümündə Region Liqasında mübarizə aparacaq.
Sportinfoz.a xəbər verir ki, bu barədə klubdan məlumat verilib.
“Lənkəran” FK 2025/2026 mövsümündə Region Liqasının 1/4 final mərhələsinə qədər irəliləyib.
Cənub təmsilçisi “Şəfəq”lə iki oyunun nəticəsinə əsasən mübarizəni dayandırıb. Klub 2023-cü ildən fəaliyyət göstərir və Region Liqasında iki dəfə 1/4 finala yüksəlib.

