Rafinyanın zədəsinin “sirr”ini öyrənməyə çalışacaq - “Barselona”

00:00 İspaniya 127
Rafinyanın zədəsinin “sirr”ini öyrənməyə çalışacaq - “Barselona”

“Barselona”nın və Braziliya millisinin hücumçusu Rafinya Dias yığma komandanın düşərgəsində növbəti dəfə zədələnib və kluba qayıdıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbərliyi Rafinya ilə söhbət etməyi planlaşdırır.

Klub futbolçunun Braziliya millisində niyə demək olar ki, eyni zədədən tez-tez əziyyət çəkdiyini öyrənmək istəyir.

“Barselona” Braziliya millisindəki isinmə hərəkətləri və məşq prosesi barədə ətraflı məlumat almağa ümid edir.

Onlar bu yolla futbolçuda yaranan əzələ problemlərinin konkret səbəbini müəyyənləşdirməyə çalışacaq.

29 yaşlı futbolçu La Liqada yeni mövsümə yaxşı başlayıb.

Mövqeyi mərkəz hücumçusuna dəyişdirilən braziliyalı futbolçu çempionatın 7 oyununda 12 qol vurub və 3 məhsuldar ötürmə verib. O, həmçinin, UEFA Çempionlar Liqasında “Feyenoord”la oyunda (5:1) dubl edib.

Rafinyanın komandası Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda, noyabrın 25-də Bakıdakı Olimpiya stadionunda “Sabah”ın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
2 Oktyabr 18:10 Çək və bizə göndər!