“Atletiko” klubu “Yuventus”dan icarəyə götürdüyü hücumçu Conatan Devidin çıxışından razıdır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubu kanadalı futbolçunun 25 milyon avroluq satınalma bəndindən istifadə etməyi planlaşdırır.
“Atletiko” Devidi qarşıdakı transfer pəncərələrində satılması gözlənilən Xulian Alvaresin mümkün əvəzləyicisi kimi nəzərdən keçirir.
26 yaşlı hücumçu bu mövsüm La Liqada “Atletiko”nun heyətində 3 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
