Azərbaycan yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsinin II turunda Lixtenşteynlə ev oyununun statistikası açıqlanıb.
Sportinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, statistik göstəricilərə əsasən millimiz meydanı darmadağınla tərk etməli idi.
Təkcə qapı istiqamətinə zərbə sayını qeyd etmək belə düşünmək üçün kifayətdir. Belə ki, millimiz 90 dəqiqə ərzində düz 26 zərbə ilə yadda qalıb.
Bunun 6-da top “çərçivə”yə düzgün istiqamətlənib. Həmin 6 epizodun hamısında rəqibin qapıçısı sayıq çıxış edib.
Bu qədər cəhdin fonunda millimiz 0:0 hesablı heç-heçə ilə kifayətlənməli olub. Lixtenşteyn isə yığmamızı yalnız sarı vərəqə sayında üstələyə bilib. Buna baxmayaraq, rəqib Bakıdan xalla ayrılmağı bacarıb.
Azərbaycan – Lixtenşteyn
Qollar – 0:0
Zərbələr – 26:4
“Çərçivə”yə zərbələr – 6:0
“Çərçivə”yə düşməyən zərbələr – 15:2
Bloklanan zərbələr – 5:2
Topa sahib olma faizi – 70:30
Ötürmə sayı – 677:226
Dəqiq ötürmə sayı – 601:156
Dəqiq ötürmə sayı faizlə – 89:69
Qapıçı “seyvi” – 0:6
Künc zərbələri – 6:0
Oyundankənar vəziyyət – 2:0
Sarı vərəqələr – 2:3
Cərimə zərbələri – 7:16
