Millinin müdafiəçisi karyerasını başa vurdu - "Qəbələ"də məşqçi işləyəcək

14 İyun 2021 17:40 Qəbələ 1 949
Millinin müdafiəçisi karyerasını başa vurdu - "Qəbələ"də məşqçi işləyəcək

"Qəbələ"nin müdafiəçisi Rasim Ramaldanov 35 yaşında karyerasını başa vurub.

Sportinfo.az-ın məlumatına görə, o, bundan sonra məşqçi kimi çalışacaq.

Uzun müddət zədədən əziyyət çəkən Ramaldanovun yeni iş yeri də artıq məlum olub. O, elə karyerasını başa vurduğu "Qəbələ" ilə məşqçi kimi yola davam edəcək.

Baş məşqçi Elmar Baxşıyev Rasimin məhz onun yanında köməkç çalışmasını rəhbərlikdən istəyib və bu istək də müsbət qarşılanıb.

Rasim Ramaldanovun ilk peşəkar klubu "Simurq" olub. 35 yaşlı müdafiəçi "Qəbələ"yə kimi müxtəlif illərdə "Xəzər Lənkəran" və "Sumqayıt"ın da formasını geyinib.

Azərbaycan millisinin heyətində 17 oyun keçirmiş müdafiəçi 2016-ci il Gürcüstanın "Kolxeti" klubunda bir illik legioner həyatı da yaşayıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!