AFFA "Qəbələ"yə çoxlu pul və yeni sponsor vəd edir – BU ŞƏRTLƏ

22 Yanvar 2021 21:20 Qəbələ 1 663
AFFA "Qəbələ"yə çoxlu pul və yeni sponsor vəd edir – BU ŞƏRTLƏ

AFFA növbəti mövsümdə də «Qəbələ»yə maliyyə vəsaiti ayırmağı planlaşdırır.

Sportinfo.az bu barədə məlumatı federasiyadan əldə edib.

Redaksiyamıza verilən bilgiyə görə, bir müddət sonra bununla əlaqədar bölgə təmsilçisi ilə danışıqlara başlanacaq. Amma qurumun bir şərti var – klubun bazası və stadionu «əl dəyişməlidir».

Yəni ki, «Gilan Holdinq» mülkiyyətindəki infrastrukturu AFFA-nın ixtiyarına verməlidir. Belə olsaa, federasiya «Qəbələ»yə SOCAR-dan savayı, daha bir sponsorun cəlb olunmasını öz üzərinə götürəcək.

AFFA İcraiyyə Komitəsinin qərarı ilə bu mövsüm «qırmızı-qaralar»a 1,5 milyon ayrılıb. Məbləğ aylar üzrə bölünərək, klubun hesabına köçürülür. AFFA verdiyi vədi yerinə yetirir – ödəmələrdə uzunmüddətli gecikmələr olmur.

Növbəti mərhələdə isə hadisələrin necə inkişaf etməsi «Gilan»dan asılıdır. Adıçəkilən holdinq 2020/21-ci il sezonu üçün «Qəbələ»yə yetərincə az büdcə ayırıb.

AFFA-nın kluba dəstəyini ilbəil azaldan şirkətə 1 il öncə də eyni təkliflə müraciət etdiyini, lakin mənfi cavab aldığını xatırladaq.

Güman ki, «Gilan» bu dəfə şərtlə razılaşac\aq. Axı holdinqin özü sürətlə çökməkdə, gəlir gətirən biznes sahələrini bir-birinin ardınca itirməkdədir.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi