"Mən ilk gündən öncə oyun, sonra nəticə istəmişəm" - FOTOLAR

22 Yanvar 2021 09:20 Qəbələ 915
"Mən ilk gündən öncə oyun, sonra nəticə istəmişəm" - FOTOLAR

Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün ikinci hissəsi start götürüb.

Sportinfo.az xəbər verir ki, “Qəbələ” qış fasiləsindən sonra ilk görüşünü səfərdə keçirib.

“Qırmızı-qaralar” XIV tur çərçivəsində “Zirə” ilə qarşılaşıb. Bakıda keçirilən görüş Zirə İdman Kompleksinin stadionunda baş tutub.

Baş məşqçi Elmar Baxşıyev ötən turla müqayisədə start heyətində üç dəyişiklik edib. Anar Nəzirov, Cavid Hüseynov və İdris İnqilablı ilk dəqiqələrdən meydana çıxıb. Onlar Tərlan Əhmədli, Asif Məmmədov və Murad Musayevi əvəzləyib.

Qarşılıqlı hücumlarla keçən görüşün hər hissəsində bir qol vurulub. Matçda hesab ilk yarının son dəqiqəsində açılıb. Musa Qurbanlı meydan sahiblərini hesabda önə keçirib – 1:0.

İkinci hissədə “qırmızı-qaralar” bərabərlik qolu vurmaq üçün çalışsa da, komandamızın səyləri bəhrəsini verməyib. Oyunda hesab yalnız uzatma dəqiqələrində dəyişib.

Davit Volkov paytaxt təmsilçisinin ikinci qoluna imza atıb. Beləliklə, Bakıdakı qarşılaşmada 0:2 hesabı ilə uduzan “Qəbələ” 2021-ci ilin ilk matçından xalsız ayrılıb.

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev: “Oyun öncədən fikirləşdiyimiz kimi keçdi. Bilirdik ki, “Zirə” əks-hücumlarda güclüdür. Rəqibin heyətində sürətli və keyfiyyətli futbolçular var.

Amma bizim də oyunla bağlı planımız var idi. Bunu – düşünülmüş hücumları meydanda da gördüm. Sadəcə, bu hücumları tamamlamaq çatışmırdı.

Bunu hücumun son fazasında bir az diqqətsizlik və ya konsentrasiyanın az olması ilə əlaqələndirərdim. Çoxsaylı epizodları dəyərləndirə bilmədik.

Bu qədər epizodu yaradıb, dəyərləndirməyəndə müdafiədə boşluq yaranır. “Zirə” də bu boşluqlardan istifadə etdi və qələbə qazandı. İlk gündən nəticə yox, öncə oyun, sonra nəticə istəmişəm.

Komanda da nə istədiyimi bilir. Düşünülmüş hücumlar olmalıdır. Bunu da meydanda görürəm. Getdikcə epizodları daha yaxşı dəyərləndirəcəyimizə inanıram.

Futbol adına hər şey etdik. Komandaya iradım yoxdur. Qələbə qazanmaq üçün epizodlardan istifadə etmək lazımdır”.

“Zirə” – “Qəbələ” 2:0

Zirə İdman Kompleksinin stadionu, tamaşaçısız

Baş hakim: Orxan Məmmədov

Baş hakimin köməkçiləri: Qəzənfər Məmmədov, Nahid Əliyev

Dördüncü hakim: Səbuhi Bayramov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Aslan Şahgəldiyev

Sarı vərəqələr: Davit Volkov, 21 (qeyri-idman hərəkəti); Qismət Alıyev, 38 (qeyri-idman hərəkəti); Elvin Camalov, 60 (qeyri-idman hərəkəti); Riçard Almeyda, 69 (tələb olunan məsafəyə riayət edilməməsi) // Rafael Utriq, 17 (qeyri-idman hərəkəti); Cavid Hüseynov, 73 (qeyri-idman hərəkəti); Vinko Medimoreç, 85 (qeyri-idman hərəkəti); Merab Qiqauri, 90+4 (hakimin qərarına etiraz)

Rəsmi şəxsə göstərilən sarı vərəqə: Rəşad Sadıqov, 69 (texniki zona qaydalarını pozduğuna görə)

Qollar: Musa Qurbanlı, 45+1; Davit Volkov, 90+4

Artırılan vaxt: I hissədə 2 dəq.; II hissədə 4 dəq.

“Zirə”

1. Mateus Albino

8. İlkin Muradov

(21. Hacıağa Hacılı, 68)

4. Elvin Camalov (k)

2. Sərtan Taşkın

32. Qismət Alıyev

30. Riçard Almeyda

9. Davit Volkov

11. Klesio Bauk

12. Lazar Corceviç

29. Musa Qurbanlı

(91. Ruslan Qurbanov, 70)

77. Cəlal Hüseynov

Ehtiyat oyunçular:

22. Rəşad Əzizli

62. Abdulla Seyidəhmədov

13. Şəhriyar Rəhimov

5. Kərim Diniyev

3. Ali Sisey

7. Tural Bayramlı

20. Əli Şirinov

27. Tamerlan Burcəliyev

6. Ayxan Süleymanlı

Baş məşqçi: Rəşad Sadıqov

“Qəbələ”

1. Anar Nəzirov (k)

70. Ülvi İsgəndərov

(10. Rövlan Muradov, 46)

14. Cavid Hüseynov

(9. Ehtiram Şahverdiyev, 90+1)

77. Merab Qiqauri

32. Nikolas Raysel

13. Yurgen Qoxa

26. Stefan Vukçeviç

(99. Ceyms Adeniyi, 65)

2. Vinko Medimoreç

23. Rafael Utriq

55. İdris İnqilablı

71. Rüfət Əhmədov

Ehtiyat oyunçular:

94. Tərlan Əhmədli

5. Rasim Ramaldanov

74. Yusif Nəbiyev

28. Murad Musayev

4. Sadiq Quliyev

7. Roman Hüseynov

17. Yaovi Akakpo

20. Faiq Hacıyev

Baş məşqçi: Elmar Baxşıyev

Digər Xəbərlər
Xəbər Lenti