Sabiq "Qarabağ"lı: “Geri dönməyim mümkündür”

1 Mart 2020 19:10 Qarabağ 1 684
Sabiq "Qarabağ"lı: “Geri dönməyim mümkündür”

"Polşada çıxış etsəm də, "Qarabağ"ın Azərbaycan çempionatındakı hər bir oyununu izləyirəm".

Sportinfo.az xəbər verir ki, bunu apasport.az-a “Qarabağ”ın sabiq futbolçusu Yakub Jezniçak deyib.

Polşada "Visla"nın forması geyinən təcrübəli müdafiəçi Ağdam klubunun Premyer Liqadakı oyunlarını şərh edib. O bildirib ki, “Qarabağ” üçün çempionluq çətin olmayacaq:

"Azərbaycan çempionatı elə son iki mövsümdəki səviyyədədir. "Qarabağ"ın isə çox güclü heyəti var. Ona görə də onların bu mövsüm də ölkə çempionluğu qazanacağını düşünürəm.

"Qarabağ" çempionluğu təmin etsə və medalların veriləcəyi son tur istirahət günümə düşsə, mütləq gəlib onlarla çempionluq sevincini bölüşəcəm”.

Plotsk təmsilçisi ilə müqaviləsi iyunda başa çatacaq 33 yaşlı futbolçu yenidən Azərbaycana qayıtmağın əleyhinə deyil:

"Azərbaycan klublarından təklif gələrsə, geri dönməyim mümkündür. Azərbaycanı çox sevirəm, ola bilsin ki, bir gün qayıtdım".

Digər Xəbərlər
Xəbər Lenti