"Bir dəfə zəng vurdu ki, Azərbaycana getmək variantı var, o dəqiqə razılaşdım"

3 İyun 2023 14:20 Qarabağ 1 220
"Bir dəfə zəng vurdu ki, Azərbaycana getmək variantı var, o dəqiqə razılaşdım"

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev "Championat.com" saytına geniş müsahibə verib.

Sportinfo.az xəbər verir ki, millimizin üzvü bir sıra maraqlı açıqlamalar verib. qolkiper ölkəmizə gəlişini xatırlayıb.

O, 19 yaşında “Şahdağ”a keçənə qədər peşəkar klubda oynamadığını deyib:

“Mənim məşqçim var idi, qapıçılarla işləyən Gennadi Aftandiloviç Kaxiani. Bir dəfə zəng vurdu ki,

“Şah, Azərbaycana getmək variantı var”. O dəqiqə razılaşdım. Nə komandanın səviyyəsi, nə də əməkhaqqı mənim üçün ciddi önəm kəsb etmirdi.

Açıq gözlə getdim. Komanda Azərbaycanın I dəstəsində çıxış edirdi. Möhkəmlənmək üçün yaxşı yer idi.

Orda davam gətirdinsə, ondan sonra qorxulu heç nə yoxdur. Baxışa gəlmişdim və ilk hazırlıqdan sonra məşqçinin xoşuna gəldim.

O dedi ki, “biz istəyirik sən qalasan, amma maaş məsələsinə sonra baxarıq”. İki ay məşq etdim, çempionata hazırlaşdım.

İki komanda yoldaşımla stadionda qalırdıq. Tribunanın altında otaq var idi, 3 çarpayı, başqa heç nə.

Amma mən xoşbəxt idim. Sadəcə futbol oynamaq istəyirdim. “Şahdağ” haqqında çox danışmaq olar.

Yayda məşqlərimizi və oyunlarımızı eyni meydanda keçirirdik. Payız gələndə yağış və qar – dağlıq yerdir.

Stadion pis vəziyyətə düşürdü. Həmin vaxt zala keçirdik. Mini-futbol meydançasında məşq edirdik və yalnız oyunlar vaxtı stadiona çıxırdıq.

Çətin, amma maraqlı vaxtlar idi. Müqavilə bağlayanda dedim ki, “ailəsiz burada qalmayacam”.

Orda təkbaşına dözə bilməzdim. İlk iki ayda bizim heç televizorumuz da yox idi. Klub bizə şəxsi ev tutdu.

Birinci mərtəbədə həyat yoldaşım və balaca qızımla qalırdım. İkinci mərtəbədə ev sahibləri – nənə və baba.

“Şahdağ”da 15 oyun keçirdim. Görünür pis təsir bağışlamadım ki, məni Azərbaycanın gənclərdən ibarət yığma komandasının seleksiya toplanışına çağırdılar.

Ondan sonra “Sumqayıt”dan təklif gəldi. O komandanın almaniyalı məşqçisi məni çox bəyəndi.

Deməzdim ki, “Sumqayıt”a gələn kimi həyatımda o dəqiqə ağ zolaq başladı. “Sumqayıt”da da çətin idi. Lakin bu, kareyarmda vacib mərhələ idi,

Premyer Liqada oynamağa başladım. Çox vədləri yerinə yetirmədilər, amma 19 yaşlı futbolçu üçün yaxşı məktəb idi.

“Sumqayıt”da çıxış edərkən arzu edirdim ki, “Qarabağ”a düşəydim. Bir gün bu arzu gerçəkləşdi”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"