“Qarabağ“ı transfer məsələsində hələ belə aldadan olmamışdı - ÜSTÜ AÇILDI!

7 Fevral 2023 11:40 Qarabağ 4 876
“Qarabağ“ı transfer məsələsində hələ belə aldadan olmamışdı - ÜSTÜ AÇILDI!

Şahruddin Məhəmmədəliyevin zədələnməsindən sonra təcili qapıçı axtarışına çıxan “Qarabağ”ın aldadılığı məlum olub.

Belə ki, “Aris” azərbaycanlı həmkarlarına yalan danışıb.

Ağdam təmsilçisi Kipr klubuna təklif göndərərək, Vana Alvesə iddiasını ortaya qoyub. Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Neftçi”yə rəqib olmuş və uduzmuş “Aris” öncə dəvəti qəbul edib.

“Köhlən atlılar” bu keçid üçün qarşı tərəfə 300 min avro ödəməyə hazır imiş.

Lakin rəsmi təklif göndəriləndən 1 gün sonra kiprlilər qərarını dəyişərək, braziliyalı kiperi ən yaxşı halda yarım milyon avroya satacaqlarını bildirib.

2021-ci ildən “Aris”in formasını geyinən 31 yaşlı cənubi amerikalı karyerası ərzində “Koritiba” (Braziliya) və “Portu” (Portuqaliya) kimi klublarda çıxış edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti