“Bayer”dən icarəyə götürülən müdafiəçi "Qarabağ"la oyuna çıxmayacaq

27 Sentyabr 2022 01:20 Qarabağ 461
“Bayer”dən icarəyə götürülən müdafiəçi "Qarabağ"la oyuna çıxmayacaq

"Qarabağ"ın Avropa Liqasının G qrupundakı rəqiblərindən olan Yunanıstan "Olimpiakos"u ciddi itki ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, Pirey təmsilçisinin müdafiəçisi Panayotis Retsos sıradan çıxıb.

"Bayer"dən (Leverkuzen) icarəyə götürülən oyunçu əvəzedici komandaya qarşı yoxlama matçında zədələnib.

Ayağından xəsarət alan Yunanıstan millisinin üzvü 2 həftə yaşıl meydanlardan kənarda qalacaq. O, evdə "köhlən atlar"a qarşı keçiriləcək qrup mərhələsinin III tur görüşünü də buraxacaq.

Oktyabrın 6-da keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"