“Qarabağ”ın əcnəbiləri hansı şəhərdə görüntüləndi? - FOTOLAR

20:00 Qarabağ 134
“Qarabağ”ın əcnəbiləri hansı şəhərdə görüntüləndi? - FOTOLAR

Milli komandaların oyunları ilə bağlı yaranmış 4 günlük fasilə “Qarabağ”ın futbolçuları üçün göydəndüşmə olub.

Dörd günlük müddətdən istifadə edən futbolçular kütləvi şəkildə Azərbaycanı tərk edib.

Bu fürsətdən xüsusən legioner futbolçular yararlanıb.

Samuel Lobato, Pedro Bikalyo və Cebrail Makreçkis istirahət üçün Birləşmiş Ərəb Əmirliklərinə yollanıb.

Göydələnlərin həzzini çıxaran kim, yaxta kefi yaşayan kim, atttraksionlarda adrenalin yaşayan kim. Bir sözlə, yorğunluğu necə lazımdır çıxarıblar.

İndi isə Bakıya qayıdıb, məşqləri bərpa etməyin vaxtıdır.

Səbəbkarların sosial şəbəkə hesablarında paylaşdığı şəkilləri təqdim edirik.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti