"Qarabağ"dan 11 transfer - Qurban Qurbanov vaxt verdi ki…

14:00 Qarabağ 204
"Qarabağ"dan 11 transfer - Qurban Qurbanov vaxt verdi ki…

"Qarabağ"ın bu yay etdiyi transferlərin istənilən formaya düşməsi hələ 3-4 ay vaxt aparacaq.

Qurban Qurbanov belə fikirdədir. Baş məşqçi klubdaxili toplantıda maraqlı fikirlər səsləndirib.

Təcrübəli mütəxəssis mövsümlərarası fasilədə düşərgəyə cəlb etdiyi legionerlərdən bir neçəsinin hələ də adaptasiya prosesini keçmədiyini bildirib.

O, apardığı islahatların nəticəsini görmək üçün zamanın gəlib keçməli olduğunu söyləyib.

Qurbanov qeyd edib ki, müxtəlif vaxtlarda kollektivə qoşulmuş əcnəbilərin ümumi sistemə alışması bir neçə amildən asılıdır.

Onlardan biri də psixollji baryerdir. 18 ildir «köhlən atlar»ı idarə edən sükançı deyib ki, yeni gələnlər fərqli ölkələrin təmsilçiləri olduğundan, Azərbaycan mühiti bəzilərinə hələ də qəribə görünməkdədir, bu da özlərini yaxşı tərəfdən göstərməklərinə maneə yaradır.

Ağdam təmsilçisi cari mövsümə 11 təzə legionerlə başlayıb.

Zakaria Savo ("Aris" Kipr), Jali Muaddib (“Omoniya” Aradippou Kipr), Samuel Lobato (“Portimonense”, Portuqaliya), Bruno Lanqa ("Almeriya", İspaniya), Martin Zlomisliç ("Riyeka", Xorvatiya), Renaldo Sefas (“Pari Nijni Novqorod”, Rusiya), Bense Varkonyi (“Zalaeqerseq”, Macarıstan), Cebrail Makreçkis ("Ferentsvaroş", Macarıstan), Reda Xadra ("Reyms", Fransa), Taofik İsmahil (“Qurnik” Zabje, Polşa) və Dieqo Rosa (APOEL-dən icarəyə götürülüb) - həmin siyahıya daxildir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti