“Qarabağ”a yeni gələn braziliyalı: “Çempionat çətindir”

01:20 Qarabağ 103
“Qarabağ”a yeni gələn braziliyalı: “Çempionat çətindir”

“Qarşıdakı oyunlara hazırıq”.

Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın yeni legioneri Dieqo Roşa futbolinfo.az-a müsahibəsində deyib.

– Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən necə istifadə etdiniz?

– Bu müddətdə ailəmlə birlikdə dincəlmək üçün yararlandım.

– “Qarabağ” qarşıdakı oyunlara hazırdırmı? Komandada ümumi vəziyyət necədir?

– Qarşıdakı oyunlara hazırıq. Yaxşı nəticələr əldə etmək üçün əlimizdən gələni edirik.

– Komandanın bu mövsümə qədərki çıxışını necə qiymətləndirirsiniz?

– Komandaya yaxın zamanda qoşulmuşam, amma görürəm ki, kollektiv yaxşı uyğunlaşır və zirvədə qalmaq üçün çox yaxşı çıxış edir.

– Azərbaycana yaxşı uyğunlaşırsınız? Hər hansı çətinliklə qarşılaşmısınız?

– Yeni ölkəyə uyğunlaşmaq hər zaman müəyyən çətinliklər yaradır, amma mən Azərbaycana yaxşı uyğunlaşıram.

– Çempionatımız və ümumilikdə Azərbaycan futbolu haqqında nə düşünürsünüz?

– Çempionat çətindir və burada keyfiyyətli komandalar var.

– Azərbaycan millisinin oyunlarını izləmək imkanınız olub?

– Xeyr.

– Azərbaycana gəlişinizdən əvvəl sizinlə bağlı çoxlu xəbərlər və şərhlər var idi. Gəlişiniz niyə bu qədər gecikdi?

– Bunu dəqiq deyə bilmərəm. Danışıqları agentim aparır, mən isə daha çox futbol tərəfinə fokuslanıram.

Digər Xəbərlər
Xəbər Lenti
9 Oktyabr 16:10 Çək və bizə göndər!