“Qarabağ”dan Elvin Cəfərquliyevə aid AÇIQLAMA: “Bəlli deyil”

00:30 Qarabağ 78
“Qarabağ”dan Elvin Cəfərquliyevə aid AÇIQLAMA: “Bəlli deyil”

Zədəli olan “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyevin son durumu açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib:

“Elvin Cəfərquliyevin müalicə və reabilitasiya prosesi mərhələli şəkildə klubun tibbi heyətinin nəzarəti altında davam edir.

Futbolçunun hazırlıq prosesinə və komandanın məşqlərinə nə zaman qoşulacağı ilə bağlı dəqiq məlumat olduqda ictimaiyyətə əlavə məlumat veriləcək”.

Müayinələr zamanı futbolçunun sol budunun arxa əzələ qrupuna daxil olan yarımvətərli əzələnin distal vətərində zədələnmə aşkarlanıb.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO