"Qarabağ"ın gənc hücumçusu Əli İbrahimovun hazırda Yunanıstanda olmasından xəbərdarsız.
18 yaşlı forvard "Olimpiakos"un düşərgəsindədir.
Saytımız onunla bağlı maraqlı fakt əldə edib.
Redaksiyamıza məlum olub ki, Əli karate üzrə U-21 (18-21 yaş qrupu) yığmasının baş məşqçisi Elnur İbrahimin oğludur.
"Əməkdar Məşqçi" bundan əvvəl 2002-2009-cu illərdə Azərbaycanən yeniyetmə və gənclərdən ibarət komandasını, 2009-cu ildən 2024-cü ilədək isə Küveytin böyüklərdən ibarət millisini çalışdırıb.
Ağdam təmsilçisinin əvəzedici heyətində və U-19 komandasında, eləcə də U-20 millisində çıxış edən Əli hələ bir neçə gün Pirey təmsilçisinin sıralarında qalacaq.
Ötən mövsüm UEFA Gənclər Liqasında "Qarabağ"ın keçirdiyi 6 qarşılaşmanın 5-də (2-si əsas heyətdə, 3-ü sonradan daxil olmaqla) şans qazanan İbrahimov "Olimpiakos"da sınaq dövrünü uğurla başa vuracağı təqdirdə, ilk mərhələdə Yunanıstan nəhənginin əvəzedici və U-19 komandalarınıda forma geyinəcək.
Yunanlar onu UEFA Gənclər Liqasının və yığmanın oyunlarında görərək bəyənib.
SPORTİNFO.AZ

