"Sumqayıt"la oyunda nəticə yaxşı olmasa..." - "Neftçi"dən VACİB açıqlama

4 Dekabr 2021 23:20 Qarabağ 1 117
"Sumqayıt"la oyunda nəticə yaxşı olmasa..." - "Neftçi"dən VACİB açıqlama

Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində "Neftçi" sabah "Sumqayıt"la qarşılaşacaq.

Son çempion "kimyaçılar"la qarşılaşmada dəstəksiz qalmayacaq. Belə ki, ötən tur "Səbail"lə matçda tribunada yer almayan "Forza Neftçi" azarkeş qrupu sabah komandanın yanında olacaq.

Bu barədə Sportinfo.az-a açıqlamasında azarkeş qrupunun rəhbəri Sübhan Əliyev deyib.

SİTAT: "Bu qərar komandadan razı olmağımız anlamına gəlməsin. Sabah nəticə yaxşı olmasa, narazılığımız yenə şuarlarımızla davam edəcək. Ötən tur tribunada yer almamağımız isə rəhbəliyin "Qadınlara Qarşı Zorakılığa Son" aksiyasına hörmət etməyimizdən irəli gəlirdi. İstəmədik belə xoş niyyətli aksiyanın keçirildiyi gün qanqaraçılıq salaq".

Digər Xəbərlər
Xəbər Lenti