"Qarabağ"ın dünyadakı yeri

21 Yanvar 2021 18:00 Qarabağ 1 302
"Qarabağ"ın dünyadakı yeri

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) cədvəlində planetin ən yaxşı klublarının adlarını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, siyahıda 401 komanda yer alıb.

Ölkəmizi cədvəldə təmsil edən yeganə klub “Qarabağ”dı.

Son illərin dəyişməz Azərbaycan çempionu olan Ağdam təmsilçisi dünyanın 147-ci komandasıdır.

Hesabında 80 xal olan Qurban Qurbanovun yetirmələri bu pilləni 4 klubla bölüşür. “Qarabağ”ın şərikləri “Sauthempton” (İngiltərə), “Penyarol” (Uruqvay), “Viktoriya” (Çexiya) və “Atletiko Mineyro”du (Braziliya).

Siyahıya 260 xalla “Bavariya” başçılıq edir. “Palmeyras”(Braziliya) 230 xalla 2-ci, PSJ isə (Fransa) 226 xalla 3-cüdü.

Digər Xəbərlər
Xəbər Lenti