Tanınmış idmançı maşınının şüşəsini sındıranı döydü - VİDEO

2 İyun 2020 11:20 Qalmaqal 460
Tanınmış idmançı maşınının şüşəsini sındıranı döydü - VİDEO

Milli Basketbol Assosiasiyasında çıxış edən "Klivlend Kavalyers"in sabiq oyunçusu Cey Ar Smit ABŞ-ın Los-Anceles şəhərində xoşagəlməz hadisənin iştirakçısı olub.

Sportinfo.az xəbər verir ki, Minnesota ştatının Minneapolis şəhərində afroamerikalı Corc Floydun ölümü ilə əlaqədar aksiya zamanı ağdərili sakinlərdən biri 35 yaşlı basketbolçunun avtomobilinin şüşəsini sındırıb.

Bundan əsəbiləşən Smit maşından düşərək həmin şəxsi təqib edib, ona çatdıqdan sonra isə yerə yıxaraq ayağı ilə zərbələr endirməyə başlayıb. Ətrafdakı insanların müdaxiləsindən sonra basketbolçunu sakitləşdirmək mümkün olub.

Mayın 25-də internetdə Corc Floydun saxta əskinaslarla ödəniş etdiyi şübhəsi ilə saxlanılma anının videogörüntüsü yayılıb. Ağdərili polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və ardından dizi ilə boynunu sıxıb.

Videoda Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi görünür. Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”