COP29

“Başa düşmədim, səndən kim nə xaiş etsə, onu da edəcəksən? Ramildən qorxursan?”

13 Sentyabr 08:50 Qalmaqal 1 451
“Başa düşmədim, səndən kim nə xaiş etsə, onu da edəcəksən? Ramildən qorxursan?”

Millətlər Liqasının ilk turunda Azərbaycan millisinin İsveç komandasına məğlub olması (1:3) müzakirələrə səbəb olub.

Oyunda daha çox Ramil Şeydayev və Emin Mahmudovun davranışı birmənalı qarşılanmayıb.

11 metrlik cərimə zərbəsini Mahmudovun vurmalı olduğu halda Şeydayevin topu ondan alıb zərbəni yerinə yetirməsi və penaltini qaçırması narazılıq yaradıb. Milli komandada nə baş verir? Azərbaycan yığması niyə məğlub oldu?

Sportinfo.az xəbər verir ki, idman eksperti Ceyhun Rzayev globalinfo.az-a açıqlamasında məğlubiyyətin əsas səbəbi kimi İsveç millisinin çox yaxşı oynamasını göstərib.

Onun fikrincə, bizim elə güclü futbolçularımız yoxdur:

“Burada güc nisbəti qeyri-bərabərdir. Məsələn, De Biyazinin vaxtında İsveçi 3-0 məğlub etmişdik. Amma həmin oyunun İsveç üçün turnir cədvəli baxımından heç bir əhəmiyyəti yox idi. Ona görə də onlara rahat şəkildə qalib gəldik. Amma bu dəfə ciddi gəlmişdilər. Onların hücumameyilli futbolçularını tuta bilmirdik, alınmırdı”.

C.Rzayev deyib ki, penalti məsələsi çox ciddidir:

“Məsələ penaltini vurub-vurmamaqda deyil, ondadır ki, hər bir komandada əvvəlcədən penaltini vuran futbolçular müəyyənləşir. Bizim də komandada bu adam Emin Mahmudovdur. E.Mahmudovun müsahibəsini oxuyuram, deyir ki, Ramil Şeydayev məndən xahiş etdi deyə topu ona verdim. Başa düşmədim, səndən kim nə xaiş etsə, onu da edəcəksən? Belə ürəyi açıqsan? Burada Emin çox böyük boşluq buraxıb. İndi isveçli futbolçu səndən xahiş etsəydi ki, penaltini yana vur, göylərə uçsun. Vuracaqdın, Emin Mahmudov?!”

Tanınmış telejurnalist Ramil Şeydayevi bu mövsüm həm “Neftçi”də, həm də millidəki davranışını sərt tənqid edib:

“Şeydayev dincəlmir də! Bu adamın hoqqaları bitmir! Şeydayev “Neftçi”də ilk oyuna kapitan kimi çıxmışdı, komandanın kapitanı Emin Mahmudov isə ehtiyatda qalmışdı. Emin meydana daxil olur, Ramil kapitan sarğısını ona vermir. Növbəti oyunda Ramilə nə dedilərsə, eyni şey təkrarlanmadı. Maraqlıdır, birinci dəfə niyə verməmişdin, indi verdin? Birinci dəfə verməməklə demək istəyirdin ki, burada ağa mənəm?! Neyniyək ki, bu adam dincəlsin?! Bəlkə, bütün standart vəziyyətləri o yerinə yetirsin? Ümumiyyətlə, təklif edirəm ki, millidə top kimdə olsa, ancaq Ramil Şeydayevə pas versin, heç kimə yox. Bu insan özünü nə sayır?”

C.Rzayev Ramil Şeydayevlə bağlı aidiyyəti quruma müraciət edib:

“AFFA rəhbərliyinə, milli komandaya məsul şəxslərə təklif edirəm ki, Ramil Şeydayevlə danışsınlar! Görünür, R.Şeydayevlə E.Mahmudov arasında problem var. Belə çıxır ki, Emin Ramildən qorxur? Bu qədər məsuliyyətsizlik olmaz! Həm Emini, həm Ramili qınayıram! Biri guya xahişi yerinə yetirir, digəri də göz önündə. Elə bilir ki, bir nömrədir. Bu, milli komandadır. Amma elə edirlər ki, sanki küçədə futbol oynayırlar deyə, istədiklərini də edə bilərlər”.

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 21:10 Çək və bizə göndər!
14 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM