Azərbaycanda çempionat dava-dalaşla başladı - VİDEO

13 Sentyabr 19:20 Qalmaqal 1 529
Azərbaycanda çempionat dava-dalaşla başladı - VİDEO

Bu gün Azərbaycan I Liqasında yeni mövsümə start verilib.

Sportinfo.az xəbər verir ki, Yevlaxda keçirilən “Karvan” - “Mingəçevir” matçında dava düşüb.

Buna səbəb “Karvan”ın kapitanı Müşfiq Teymurovun əvəzlənərkən mingəçevirli azarkeşlərə qeyri-etik jest göstərməsi olub. Nəticədə meydanda ara qarışıb, matçda bir neçə dəqiqəlik fasilə yaranıb.

Matçın baş hakimi bu davadan irəli gələrək üç futbolçuya qırmızı vərəqə göstərib. Bunlardan ikisi qonaqların, biri də meydan sahiblərinin “payına düşüb”.

Həmin anın görüntülərini təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti
2 Dekabr 18:10 Çək və bizə göndər!
2 Dekabr 10:40 Qazanmağın bir yolu…
2 Dekabr 10:20 Lider dəyişdi - VİDEO
2 Dekabr 03:10 "Mən ona dedim ki..."