Gömrükdə “ilişən“ millinin oyunçularının taleyi necə olacaq? - AÇIQLAMA

18 Mart 2023 15:00 Qalmaqal 887
Gömrükdə “ilişən“ millinin oyunçularının taleyi necə olacaq? - AÇIQLAMA

Xəbər verildiyi kimi, Azərbaycan millisinin iki futzalçısı qaçaqmalçılıqda ittiham olunur.

Yığma üzvlərindən Xətai Bağırov və Xəzər Ağalızadə ölkəyə gömrük sərhədində bəyan edilməmiş mallar keçirmək istəyiblər.

İttihama görə, onlar “iPhone” markalı mobil telefon və qiymətli qol saatlarını Azərbaycana keçirmək istəyiblər.

Futzalçılar malları Türkiyədə əldə ediblər, qaçaqmalçılıqla İstanbuldan Azərbaycana gətirən zaman gömrükçülər tərəfindən saxlanılıblar.

Xətai Bağırov və Xəzər Ağalızadəyə qarşı Cinayət Məcəlləsinin 206. (qaçaqmaçılıq) maddəsi ilə ittiham verilib, barələrində ibtidai və məhkəmə istintaqı dövründə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov hadisə ilə bağlı Sportinfo.az-a açıqlama verib:

“Bu hadisə milli Polşadan gələndə baş verməyib. Xeyli əvvəl olub. Sadəcə, istintaq getdiyinə görə indi ictimailesdiriblər.

Təbii ki, qanun qarsisinda hər kəs eyni huquqludur. Federasiya bu işə müdaxilə edə bilməz.

Biz hüquqi dövlətdə yaşayırıq, məsələ hüquq müstəvisində həllini tapacaq. Amma hadisələrin gedişi ilə maraqlanır, izləyirik“.

Digər Xəbərlər
Xəbər Lenti