NÖVBƏTİ XAOS: Məşqçilər söyüşdü, klubun rəhbəri təcili iclas keçirdi

10 Fevral 2023 09:40 Qalmaqal 1 294
NÖVBƏTİ XAOS: Məşqçilər söyüşdü, klubun rəhbəri təcili iclas keçirdi

Dünən Gəncədə növbəti qalmaqal yaşanıb.

Aşağı yaş qruplarından ibarət komandaların məşqçiləri ilə əsas komandanın məşqçiləri kəllə-kəlləyə gəlib.

Hər şey Tərlan Əhmədovun “Kəpəz”in digər yaş qruplarında çalışan məşqçilərin əsas komandanın hazırlığını izləməsinə əngəl törətməsindən başlayıb.

Həmkarlarının məşqi izlədiyini görən Əhmədov onların ərazidən uzaqlaşdırılmasına dair göstəriş verib. Və bu tapşırıq məşqçiləri razı salmayıb.

Ara qarışıb, məzhəb itib. Əhmədovun briqadasında yer alan Ceyhun Tanrıverdiyev baş məşqçinin tərəfini tutaraq gəncəli məşqçilərlə söz davasına çıxıb.

Belədə söz davası küçə söyüşləri ilə əvəzlənib.

Qalmaqal klubun İdarə Heyətinin sədrinin qulağına çatan kimi İlqar Nadiri təcili klubdaxili iclas keçirib.

Rəhbər şəxs məşqçilərə “Kəpəz”in adının əzəmətindən söz açıb, bu cür halların Gəncə futboluna yaraşmadığını vurğulayıb və bundan sonra kollektivdə mehribançılığın olacağına inandığını qeyd edib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti