Ara qarışdı, hakim “qırmızı”ya əl atdı, rusiyalı məşqçi özündən çıxdı - VİDEO

15 Dekabr 2022 19:40 Qalmaqal 497
Ara qarışdı, hakim “qırmızı”ya əl atdı, rusiyalı məşqçi özündən çıxdı - VİDEO

Premyer Liqanın 17-ci turu çərçivəsində “Kəpəz” doğma meydanda “Sabah”ı qəbul edib.

Bol qollu keçən qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Oyunun sonlarında gərginliyin artması münaqişəyə səbəb olub. Belə ki, son dəqiqələrdə top “Kəpəz”in futbolçusundan çıxdığı üçün yan xətt hakimi aut qərarını verib.

Fərid Hacıyev oyunu saxlamadığından Ceyhun Nuriyevlə Georgi Kantariya yerdə qaldığı epizodda qonaqların futbolçusu gürcüyə təpik atıb.

Hakim VAR-ın xidmətinə ehtiyac duyarkən “Sabah”ın baş məşqçisi Murad Musayev özündən çıxıb.

Rusiyalı mütəxəssis hakimlərin üstünə yeriyərək onlardan futbolmçusunun kobudluğundan əvvəl laynsmanın aut qərarı verdiyini bildirib.

Hacıyev Musayevin fikrinə önəm verməyərək qərarını dəyişməz saxlayıb. Əvəzində baş məşqçiyə sarı vərəqə göstərib.

Həmin anın görüntülərini təqdim edirik:

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti