Yurçeviçin bəyəndiyi azərbaycanlının vəziyyəti ilə bağlı SON XƏBƏR

17 Oktyabr 2021 13:00 Problem 1 300
Yurçeviçin bəyəndiyi azərbaycanlının vəziyyəti ilə bağlı SON XƏBƏR

Yayda köhnə-yeni komandası “Səbail”ə qayıdan Şəhriyar Rəhimova cari Premyer Liqa mövsümündə debüt etmək nəsib olmadı.

Yaydakı hazırlıq dönəmində zədələnən təcrübəli müdafiəçinin vəziyyətinin gözləniləndən pis olduğu üzə çıxdı.

Və buna görə bir neçə ay yaşıl meydanlardan uzaq düşdü.

Vaxtilə əsas millinin də şərəfini qorumuş solaxaq müdafiəçinin durumunu diqqət mərkəzində saxladığımızdan, onunla yenidən əlaqə saxladıq.

Şəhriyar Sportinfo.az-a zədəsi ilə bağlı bunları dedi: “Vəziyyət yaxşılığa doğru gedir, lakin tam yaxşı da demək olmaz.

Hələ məşqlərə başlamamışam, müalicəm davam edir. Düzü, 20 gün əvvəl məşqə başlamışdım. Ağrılarım oldu deyə, dayandırdım.

Müayinələrdən sonra məşqə nə vaxt başlayacağım bilinəcək. Görünən odur ki, bir müddət də gözləməliyəm”.

32 yaşlı futbolçu karyerası ərzində vaxtilə “İnter”, AZAL, “Rəvan”, “Kəpəz”, “Səbail” və “Zirə”nin şərəfini qoruyub. Həmçinin, 9 matçda (8-i Nikola Yurçeviçin baş məşqçi olduğu dönəmdə) əsas millinin formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var