"Onların milli komandalarda oynamasına qadağa qoyulacaq”

20 Aprel 2021 00:56 Problem 1 263
"Onların milli komandalarda oynamasına qadağa qoyulacaq”

Avropanın nəhəng klublarının yaratdığı Superliqaya UEFA prezidenti Aleksader Çeferin də münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, qitə futbol qurumunun rəhbəri bu təşəbbüsü qınayıb.

Çeferin bu turnirə qatılacaq futbolçuları da hədələyib: “Qapalı çempionatda oynayan futbolçular dünya və Avropa çempionatında çıxış etməyəcəklər. Onların milli komandalarda oynamasına qadağa qoyulacaq”.

İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko”, “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klublarının Superliqada iştirakı təsdiqlənib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var