"Sumqayıt"dan növbəti qələbə, “Keşlə” "Qəbələ" ilə bacarmadı

19 Sentyabr 21:10 Premyerliqa 797
"Sumqayıt"dan növbəti qələbə, “Keşlə” "Qəbələ" ilə bacarmadı

Bu gün Premyer Liqada 3-cü tura start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Öncə Qəbələdə bu şəhərin eyniadlı komandası “Keşlə” ilə münasibətlərinə aydınlıq gətirib. Tərəflər bu oyundan qolsuz ayrılıblar.

“Sumqayıt” isə “Səbail”i qəbul edib. Üç qolun qeydə alındığı görüşdə qələbəni meydan sahibləri bayram ediblər.

19 sentyabr

17:00 "Qəbələ" - "Keşlə" 0:0

Qırmızı vərəqə: Nikola Raysel ("Qəbələ")

Qəbələ şəhər stadionu. Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Cavanşir Yusifov, Rəhim Həsənov.

Qəbələ: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 77. Merab Giqauri, 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 10. Rövlan Muradov, 55. İdris İnqilablı.

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 28. Murad Musayev, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 9. Ehtiram Şahverdiyev, 14. Cavid Hüseynov, 22. Rodriqo Qattas, 17. Yaovi Akakpo, 20. Faiq Hacıyev, 19. Samir Qurbanov, 71. Rüfət Əhmədov.

Baş məşqçi: Elmar Baxşıyev.

Keşlə: 1. Stanislav Namaşko, 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov (k), 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev, 25. Con Kamara, 21. Miyusko Boyoviç, 48. Dmitro Klots, 11. Silvio Rodriqes, 14. Turan Vəlizadə.

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 18. Ruslan Əmircanov, 6. Rəşad Sadiqov, 8. Tural Axundov, 20. Rail Məlikov, 16. Alvaro Tavares, 99. Rafael Məhərrəmli, 97. Xəzər Mahmudov.

Baş məşqçi: Yunis Hüseynov.

19:15. "Sumqayıt" - "Səbail" 2-1

Qollar: S.Əhmədov, 9. Ə.Qurbani, 32 - R.Əliyev, 21.

"Sumqayıt Arena". Hakimlər: Orxan Məmmədov, Elşad Abdullayev, Vüqar Bayramov, Rauf Allahverdiyev.

Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov.

Ehtiyat oyunçular: 71. Hüseynəli Quliyev, 33. Eltun Turabov, 4. Kərəm Sultanov, 21. Adəm Həmati, 19. Nurlan Quliyev, 30. Nəbi Məmmədov, 88. Cavid Quliyev, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə.

Baş məşqçi: Ayxan Abbasov.

Səbail: 96. Nikolas Hagen, 17. Elçin Rəhimli, 34. Ürfan Abbasov (k), 55. Adil Nağıyev, 11. Rauf Əliyev, 28. Məqsəd İsayev, 22. Əfran İsmayılov, 8. Lema Mabidi, 9. Florian Kadriu, 3. Turan Manafov, 99. Bahadur Həziyev.

Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 5. Vüqar Bəybalayev, 19. Elgün Nəbiyev, 16. Peyman Keşavarzi, 20. Ruslan Hacıyev, 13. Əli Sadıxov, 77. Ədilxan Qarəhmədov.

Baş məşqçi: Aftandil Hacıyev.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 23:20 Erməni “Meydan”ı...
21 Oktyabr 14:36 Messidən yoxdur, yox…