Premyer Liqada külək hansı tərəfə və kim(lər)in xeyrinə əsir?

14:40 Premyerliqa 59
Premyer Liqada külək hansı tərəfə və kim(lər)in xeyrinə əsir?

Premyer Liqada ilk dövrə yekunlaşmaqdadır.

Gərginlik yalnız turnir cədvəlinin üst pillələri ilə məhdudlaşmır.

Aşağı sıralarda da maraqlı mənzərə var. “İmişli”, “Sumqayıt”, “Qəbələ”, “Şəfa” və “Araz-Naxçıvan” üçün hər xalın əhəmiyyəti böyükdür.

Xüsusilə “Şəfa” və “Araz-Naxçıvan” üçün mövsümün növbəti mərhələsi ciddi sınaq olacaq. Bu komandalar yalnız nəticələrini yaxşılaşdırmaqla kifayətlənməməli, həm də oyun keyfiyyətində sabitlik əldə etməlidirlər.

“Qəbələ” kimi Azərbaycan futbolunda müəyyən ənənələri olan klubun da aşağı sıralarda qərarlaşması çempionatın nə qədər çətin keçdiyini göstərir.

Breno Almeyda hazırda yarışın əsas lideridir. Braziliyalı vingerin 9 qolu “Neftçi”nin hücumunda nə qədər vacib rol oynadığını göstərir.

Coy-Lens Mikels isə ötən mövsümün bombardiri kimi yenidən yüksək məhsuldarlıq nümayiş etdirir. Onun 6 qolu “Sabah”ın hücum potensialının əsas göstəricilərindəndir.

Ağadadaş Salyanskinin çıxışı ayrıca diqqətə layiqdir. Yerli futbolçunun bombardirlər siyahısının ön sıralarında yer alması Azərbaycan futbolu üçün müsbət göstəricidir.

Burada diqqət çəkən başqa bir məsələ də var: bombardirlər siyahısının ön sıralarında legionerlərin üstünlüyü davam edir. Yerli futbolçuların bu yarışda daha çox təmsil olunması gələcək mövsümlər üçün vacib hədəflərdən biri olmalıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti