Misli Premyer Liqasında XI tura və I dövrəyə bu gün yekun vurulacaq.
Sportinfo.az xəbər verir ki, sonuncu oyun günündə daha iki matç keçiriləcək.
İlk olaraq "Sumqayıt" "İmişli"nin qonağı olacaq. Yevlax şəhər stadionundakı qarşılaşma saat 15:00-da start götürəcək.
Meydan sahibləri 10 xalla səkkizinci, "gənclik şəhəri" təmsilçisi 9 xalla doqquzuncu pillədə qərarlaşıb.
Tura "Sabah" - "Şamaxı" görüşü ilə yekun vurulacaq. Oyun saat 17:30-da başlayacaq.
Ehtiyatda daha bir matçı olan paytaxt klubu 20 xalla üçüncü, qonaqlar 13 xalla yeddinci yerdədir.
Peşəkar Futbol Liqasının qərarı ilə XI tur "Zəfər turu" adlanıb.
Turun əvvəli oyunlarında "Turan Tovuz" "Qarabağ"ı, "Neftçi" "Kəpəz"i (hər ikisi 1:0), "Zirə" "Qəbələ"ni (2:1) məğlub edib. "Şəfa" - "Araz-Naxçıvan" oyununda isə qalib müəyyənləşməyib - 2:2.
15:00. "İmişli" – "Sumqayıt" 0:0
Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Müslüm Əliyev, Namiq Bəkirov.
VAR: Cavid Cəlilov.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Yevlax şəhər stadionu
İmişli”: 1. Yusif İmanov 19. Azər Salahlı (k) 5. İdris İnqilablı 17. Seyxan Fərəcov 70. Mehdi Tahirov 13. Rafael Vieqaş 21. Ronaldo de Souza 6. Yau Mozes 23. Dioqo Rollo 7. Luis Silvestr 8. Xuan Hernandes
Ehtiyat oyunçular: 22. Sadiq Məmmədzadə 77. Fərid Nəbiyev 3. Tuncay Yusifli 55. Murad Ələkbərov 33. Əkbər Eyubov 30. Xəlil Mürsəlli 9. Dioqo Almeyda 10. Dioqo Kardozu 42. Sebai Senin Məşqçi: Ervins Perkons
“Sumqayıt”:16. Marko Yohanson 29. Emil Mustafayev 17. Nihad Əhmədzadə 4. İsa Suliman (k) 42. Sedrik Badolo 10. Ronaldo Vaskez 80. Keffel Resende 55. Lukas Blek 11. Mamadi Banqre 21. Tiaqo Almeyda 5. Renan Santana
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev 12. Aftandil Arixov 3. Höccət Haqverdi 20. Ayxan Süleymanlı 75. Nadir Orucov 97. Vüsal Paşayev 23. Rüfət Əhmədov 37. Nihad Orucəli 19. Roi Kehat 27. İmani Barker
17:30. "Sabah" – "Şamaxı"
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Nicat İsmayıllı.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
"Sabah Arena"
