Premyer Liqanın 11-ci turunun “Şəfa" - "Araz-Naxçıvan" qarşılaşması 15 dəqiqə gec başlayacaq.
Buna səbəb hər iki komandanın stadiona nəzərdə tutulan vaxtdan gec çatmasıdır.
Gecikməyə yollarda yaranan tıxac səbəb olub.
Saat 16:00-da başlamalı olan oyunun start fitinin 16:15-də səslənəcəyi gözlənilir.
Komandalar bir qədər əvvəl oyun öncəsi isinmə hərəkətləri üçün "SOCAR Polymer Arena"ya ayaq basıblar.
XANOĞLAN/ SPORTİNFO.AZ
